21 Fevral 2020 14:20
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin eks-prezidenti Abdullah Gülün dünyada siyasi İslamın çökdüyünə dair bəyanatına sabiq baş nazir Əhməd Davudoğlunun verdiyi reaksiya müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Gülün söylədiklərinin şablon ifadə olduğunu deyib.

“Tramp dünyagörüş, siyasi baxımdan və xristianlıqdan siyasi məqsədlər üçün istifadə nöqteyi-nəzərindən İslam dünyasındakı liderlərdən çox qabaqdadır. Biz niyə Trampa siyasi xristian, Netanyahuya siyasi yəhudi demirik, amma müsəlman dünyasında dinlə siyasət arasındakı əlaqəni müəyyənləşdirəndə siyasi İslam deyirik? Əvvəlcə bunu soruşmaq lazımdır. Buna şablon yanaşma kimi baxıram. Tramp nə vaxt siyasi xristian kimi sorğulanarsa, bu tərəfdə də biz eynisini edə bilərik”, - deyə Davudoğlu bildirib.

Onun sözlərinə görə, bütün Orta Şərq coğrafiyasında problem var:

“Siyasi İslamın nəticəsiz olması Sisi kimi qiyamçının, Əsəd kimi öz xalqını qətl edən birinin uğuru mənasındadır?”


Müəllif: Nərgiz

Oxşar xəbərlər