İranın Kerman vilayətində 4 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 04:42-də qeydə alınıb.
Zəlzələnin episentri Fəryab rayonundan 14 kilometr məsafədə, yeraltı təkanlarının ocağı 21 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlərin olub-olmadığı barədə hələlik məlumat verilməyib.