Çinin Hubey əyalətində son sutka ərzində 630 yeni növ koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə əyalətin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsi məlumat yayıb.
Nəticədə koronavirusa yoluxanların ümumi sayı 64 084 nəfərə çatıb.
Bölgədə son sutkada koronavirusdan 96 nəfər ölüb, 1742 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.
Hubey əyalətində ümumilikdə koronavirusdan ölənlərin sayı 2 346, xəstəlikdən sağalanların sayı isə 15 299 nəfər təşkil edib.