İranın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ Türkiyənin Van şəhərində dağıntılara səbəb olub.
Teleqraf.com xəbər verir ki, Vanın Başkale mahalının Gelenler kəndindəki çiy kərpicdən tikilən evlər dağılıb.
Hazırda dağıntılar altında qalan insanların xilas olunması üçün tədbirlər görülür. Çoxlu sayda heyvanın tələf olduğu bildirilir.
İlk görüntüləri təqdim edirik: