İranın Qərbi Azərbaycan vilayətinidəki Xoy şəhəri yaxınlığında baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində ölən olmayıb.
Teleqraf.com İranın Fövqəladə Vəziyyətlərin İdarə Edilməsi Təşkilatına istinadla xəbər verir ki, zəlzələ nəticəsində 25 nəfər yaralanıb.
Xəsarət alanların bəziləri xəstəxanaya yerləşdirib, digərləri isə müayinə edildikdən sonra evə buraxılıb.
Zəlzələ bir sıra evlərə və ictimai binalara zərər vurub.