25 Fevral 2020 09:56
10 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koranavirusa qarşı peyvənd tapılıb, amma tətbiq edilməsi üçün sınaq testləri həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Çinin Rusiyadakı səfiri Zhang Hanhui çıxış edib.

Çinin Moskvadakı səfiri Rusiya mediasına deyib ki, ölkəsinin elm adamlarının da iştirakı ilə tapılan dərman koronavirusa qarşı təsirini göstərib və hazırda sınaqlar uğurla davam etdirilir:

“Dərman üzərində aparılan sınaq testləri qısa müddətə başa çatdırılacaq. Fevralın sonuna qədər Çində həyat normala dönəcək. Virusun yayılması mərkəzində həyatın martın sonuna qədər bərpa olunması planlaşdırılır. Biz, Ümumdünya Səhiyyə Təşkilatı ilə işləyirik. Qrupumuzda iki rus alimi də var. Rusiya və xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər