Dünyanı cənginə alan koronavirus ABŞ ordusundakı əsgərlərə də yoluxub.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Cənubi Koreyadakı hərbçilərindən birində koronavirus aşkarlanıb.
Amerikanın Cənubi Koreyadakı Koreya Hərbi Qüvvəsi (USFK) hərbi kontingenti qorumaq üçün lazımi nəzarət tədbirlərinin görüldüyünü açıqlayıb.
Əsgərin bir müddət əvvəl həm Kamp Carroll, həm də Kamp Walker bazalarına baş çəkdiyi, bir müddət orada qaldığı öyrənilib.