ABŞ-ın Vaşinqton ştatının qubernatoru Cey İnsli ştatın ərazisində yeni növ koronavirusla əlaqədar ilk ölüm halının qeydə alındığından fövqəladə vəziyyət rejimi elan edib.
Teleqraf.com xəbər verir ki, qubernatorun saytında dərc edilən bəyanatda Vaşinqton ştatının bütün dairələrində fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bildirilir.
Qeyd edək ki, koronavirusun meydana gəldiyi Çində 79,8 min virusa nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.