Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 4 nəfərə çatıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi bu haqda məlumat yayıb.
Mərkəzdən qeyd edilib ki, yoluxma aşkarlanan şəxs martın 1-də İtaliyadan qayıtmış Gürcüstan vətəndaşıdır.
Xatırladaq ki, Gürcüstanda koronovirusa ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb./Trend/