13 Mart 2020 11:45
3 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın təhdidləri qarşısında qalan kəşfiyyatçı ölkədən qaçıb.

Teleqraf.com xəbər verir ki, Kanadaya qaçan Səəd əl-Cəbrinin hazərda da təhdid mesajları aldığı bildirilir.

İngiltərənin “Middle East Eye” nəşrinin iddiasına görə, kəşfiyyatçı zor gücünə Səudiyyə Ərəbistanına qaytarılacağından qorxur.

Kanadaya sığınan Cəbri bir müddət ötən həftə həbs olunan daxili işlər naziri Məhəmməd bin Nayifin köməkçisi postunu tutub.

“Vaşinqton Post”un məlumatına görə, Cəbri 2015-ci ildə Səudiyyə Ərəbistanı kəşfiyyatının rəsmi nümayəndəsi kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennanla şahzadə Salmandan xəbərsiz görüş keçirib. O, bu görüşdən qayıtdıqdan sonra tutduğu postdan uzaqlaşdırılıb.

Məlumatda sahib olduğu nəhəng sərvətin və dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən Nayifə yaxınlığının Cəbrini şahzadə Salmanın hədəfinə gətirdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu