16 Mart 2020 16:45
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynadakı səfirliyinə hücum edilib.

Teleqraf.com xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə millətçi bir qrup tərəfindən mitinq keçirilib.

Mitinqdə 5 mindən çox insanın iştirak etdiyi bildirilib.

Rusiyanın Kiyevdəki səfirliyi qarşısına yürüş təşkil edən etirazçılar diplomatik nümayəndəliyin binasına məşəl və fişənglər atıblar.

Olay yerinə çox sayda təhlükəsizlik qüvvələri və polis cəlb edilib. Barrikada qurularaq, etirazçıların səfirliyin binasına yürüşünün qarşısı alınıb.

Etirazçılar Rusiyadan işğal etdiyi Ukrayna ərazilərindəki (Krım və Donbas) hərbi qüvvələrini geri çəkməyi tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər