17 Mart 2020 14:00
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın işi üzrə məhkəmə iclası təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə R.Köçəryanın vəkillər qrupunun mətbuat katibi Elina Saakova məlumat verib.

O qeyd edib ki, buna hakimin xəstəliyi səbəb olub.

“Hakimin özünü pis hiss etməsi səbəbindən iclas təxirə salındı”, – deyə Saakova bildirib.

Elina Saakova daha əvvəl agentliyə bildirmişdi ki, ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan Köçəryanın vəkilləri onun üç sabiq baş nazirin şəxsi zəmanəti ilə sərbəst buraxılması üçün martın 17-də məhkəmədə iddia qaldırmaq niyyətindədirlər. Onun sözlərinə görə, zəmanət təklifini Ermənistanın sabiq baş nazirləri Vazgen Manukyan, Xosrov Arutyunyan və Karen Karapetyan, eləcə də qondarma Dağlıq Qarabağ rejiminin keçmiş “baş naziri” Anuşavan Danielyan verib.

Elina Saakova martın 8-nə keçən gecə Köçəryanın İrəvandakı “Nairi” tibb mərkəzinə aparıldığını, daha sonra hələ də stasionar müalicəsinin davam etdiyi “Erebuni” tibb mərkəzinə köçürüldüyünü xatırladıb. Onun sözlərinə görə, vəkillər məhkəmədən sabiq prezidentin dərhal sərbəst buraxılmasını tələb edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər