21 Mart 2020 16:30
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyanı həbs etdirməyə hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Ermənistanın Vatikandakı keçmiş səfiri, Sərkisyanın kürəkəni Mikael Minasyanın siyasi fəaliyyəti baş naziri qəzəbləndirməyə başlayıb:

“Fakt budur ki, Minasyan baş nazir seçildiyi vaxtdan bəri çıxışlarında Nikol Paşinyan əleyhinə ağır ifadələr və ittihamlar səsləndirir, buna baxmayaraq hələ də onun barəsində cinayət işi açılmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbəyimizə görə, son qalmaqallı yazıdan sonra Paşinyan hüquq-mühafizə orqanlarına Minasyanı təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb etmək və axtarışda olanlar siyahısına salmaq üçün göstəriş verib. İddia öz təsdiqini tapsa, gələn həftənin ortalarına qədər Sərkisyanın kürəkəni barədə cinayət işi açılacaq.

Minasyanın səfir işlədiyi müddətdə təqdim etdiyi bəyannamələrin birində texniki bir səhv aşkarlandığını və indi bunun əsasında cinayət işi açmağa çalışdıqlarını öyrəndik.

Əldə etdiyimiz məlumata görə, Paşinyan hüquq mühafizə orqanlarına texniki səhvini Minasyanın həbsini təmin edəcək bir cinayət kimi qiymətləndirməyə razı olan uyğun hakimin tapılması tapşırığını verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər