Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus pandemiyasında belə əllə salamlaşmaq vərdişindən imtina etməyib.
Teleqraf.com xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Peskov Rusiya prezidentinin niyə görüşdüyü şəxslərin əlini sıxdığına dair sualı cavablandırarkən bunun səbəbini bilmədiyini söyləyib: "Səbəbini izah edə bilmərəm, amma o, əllə salamlaşmağa davam edir. Əlbəttə ki, bütün lazımi tədbirləri və dezinfeksiya işləri apararaq".