26 Mart 2020 19:45
4 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyənin təhsil sistemində bəzi dəyişikliklər edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Ali Təhsil Komitəsi tərəfindən bir sıra qərarlar qəbul edilib.

Bu qərarlara əsasən, ölkədə yaz ayları üzrə təlim-tədris prosesi yalnız distant, açıq və rəqəmsal təhsil çərçivəsində davam etdiriləcək. Qəbul olunmuş qərar Türkiyənin bütün təhsil müəssisələri üçün nəzərdə tutulur.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının da vaxtı bir ay müddətinə təxirə salınıb.

Qeyd edək ki, bu qərarlar ölkədə təhsil alan bütün xarici vətəndaşlara, o cümlədən azərbaycanlı tələbələrə də şamil edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər