29 Mart 2020 12:39
2 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tiflis Ermənistandan geri dönən Rusiya vətəndaşlarının Gürcüstan üzərindən öz ölkələrinə getməsinə icazə verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Səfirlik Rusiya vətəndaşlarına hava nəqliyyatından istifadə edərək, Ermənistanı tərk etmək üçün qalan fürsətdən dərhal istifadə etmələrini tövsiyə edib.

Gürcüstan hakimiyyəti koronavirus infeksiyası səbəbindən aprelin 21-dək ölkədə fövqəladə vəziyyət elan edib. Açıqlamada bütün xarici vətəndaşların ölkəyə girişinin müəyyən müddətədək məhdudlaşdırıldığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər