Müğənni, Rusiya Federasiyasının Xalq artisti İqor Nikolayev koronavirus infeksiyası ilə bağlı aparılan analizlərin mənfi nəticə verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “İnstaqram”dakı səhifəsində bildirib.
“C0VID-19 - “Mənfi!” Dostlarıma və həmkarlarıma səmimi qayğı və dəstək sözləri üçün çox minnətdaram! Pozitiv nəticəyə inanan, diqqətli və mehriban olan hər kəsə təşəkkür edirəm”, – yazan müğənni “İnstaqram” hesabında analizin nəticələrini də paylaşıb.
Martın 27-də ifaçı koronavirusun aşkarlanması üçün analiz verdiyini açıqlamışdı.
Martın 26-da yazıçı Boris Akunin ona COVID-19 koronavirus infeksiyası diaqnozunun qoyulduğunu bildirmişdi.