İtaliyada son sutkada daha 760 nəfər koronavirusdan ölüb.
Teleqraf.com xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 13 915-ə çatıb.
Bundan başqa, ölkədə 4 668 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiya daşıyıcılarının rəsmi sayı 115 242 nəfərə çatıb.