Türkiyənin Van şəhərinin Tusba rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.
Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib və bizim vaxtla saat 09:44-də baş verib.
Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.