3 Aprel 2020 12:28
4 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı elm adamları Ağ Evə yeni növ koronavirus pandemiyasının danışma yolu ilə yoluxduğu barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, elm adamlarının Ağ Evdə göndərdikləri məktubda infeksiyanın təkcə asqırmaq və öskürmək yolu ilə yox, danışmaq və nəfəs almaq yolu ilə də keçdiyi bildirilib.

Məktub ABŞ Milli Elmlər Akademiyasının mütəxəssisi Harvi Finberq tərəfindən qələmə alınıb.

O, Ağ Evə ünvanladığı xəbərdarlıqda artıq ölkədə qeyd olunan yolla ilk yoluxma hallarının qeydə alındığını diqqətə çatdırıb.

Elm adamı pandemiyanın yoluxmuş şəxsdən iki metr məsafəyə qədər yayıldığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər