Rusiya Həkimlər Birliyinin rəhbəri Anastasiya Vasilyeva ölkədə yeni növ koronavirus barədə yalan məlumat yaydığı iddiası ilə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə birlik Tvitter hesabında məlumat yayıb.
Vasilyevanın Rusiyanın Novqorod vilayətində polisin sərt müdaxiləsindən sonra tutulduğu bildirilir.
Məlumata görə, Anastasiya Vasilyevaya güc tətbiq edilib, o, huşunu itirərək yerə yıxılıb və sonra polis bölməsinə aparılıb.
Birliyin rəhbəri internet üzərindən COVİD-19 haqqında yalan məlumat yaydığına görə martın 30-da İstintaq Komitəsinə çağrılmışdı.
Qeyd edək ki, Anastasiya Vasilyeva Rusiyada koronavirusa yoluxanların gerçək sayının açıqlanmadığını və virusa yoluxanların əksəriyyətinə "sətəlcəm" diaqnozu qoyulduğu irəli sürmüşdü.