3 Aprel 2020 14:24
4 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qara dəniz Donanmasının Hərbi Dəniz Aviasiya və Hava Hücumundan Müdafiə bölmələri Ukraynanın işğal edilmiş Krım bölgəsində hava hücumlarından müdafiəsi üzrə təlimlərdə iştirak edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsi məlumat yayıb.

Təlimlərə Cənub Hərbi Dairəsi qoşunlarının komandanı general-polkovnik Aleksandr Dvornikov rəhbərlik edir.

Təlim planına əsasən, Krımda yerləşdirilən aviasiya və hava hücumundan müdafiə qüvvələri yarımadada hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirir. Habelə Cənub Hərbi Dairəsinin əsas hava yollarına aviasiya hücum əməliyyatlarını həyata keçirir.

Təlimlər çərçivəsində “S-400” hava hücumundan müdafiə sistemləri işğal bölgəsinə yerləşdirilib.

Məşqlərdə “S-400”-lərdən əlavə, “Su-30SM” çoxfunksiyalı qırıcılar, “Su-24M” bombardmançıları və “Su-25SM” hücum təyyarələri də daxil olmaqla 20-dən çox təyyarə iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər