İranda indiyədək 300 tibb işçisi koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Sosial Təminat Təşkilatından məlumat verilib.
Bildirilir ki, koronavirusa yoluxmuş tibb işçilərindən 10 nəfəri dünyasını dəyişib.
İranın tibb sektorunda təxminən 5 min həkim, 30 mindən çox tibb işçisi çalışır.
Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma halı ilk olaraq 19 fevralda elan olunub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (5 aprel) 58 226 nəfərin koronavirusa yoluxduğunu, 3 603 nəfərin öldüyünü və 22 011 nəfərin sağaldığını təsdiqləyib.