6 Aprel 2020 12:03
2 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni növ koronavirusun yayılması dövründə yaşanan tənəzzüldən sonra qlobal iqtisadi bərpa gələn il başlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya İnvestisiya Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev bildirib.

“İnanırıq ki, dünyanı bir tənəzzül gözləyir. Artıq Davosda dedik ki, dünyada borc səviyyəsi həddindən artıq yüksəkdir, borclanmış vəsaitin miqdarı ÜDM-dən 300% çoxdur və 2008-ci ildə böhran dövründə bu yalnız 220% idi. Buna görə də hər hansı bir zərbə iqtisadiyyata ciddi təsir göstərə bilər və əhəmiyyətli problemlərə yol aça bilər”, - Dmitriyev deyib.

Onun sözlərinə görə, koronavirisun qlobal miqyasda yaratdığı iqtisadi fəsadlar yalnız gələn il aradan qaldırıla bilər:

“Ümid edirik ki, bərpa gələn il başlayacaq. İnanıram ki, mümkün olan hər şey maliyyə və pul stimullaşdırılması baxımından edilir, bütün bu addımlar vacibdir”.

Fond rəhbəri koronavirusun iqtisadi fəaliyyətə müsbət təsir göstərməsi baxımından, Cənubi Koreyanın təcrübəsinə diqqət çəkib:

“İqtisadi fəaliyyətin yenidən başlaması çox vacibdir, hər kəsin evdə iki-üç ay qalması mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu