Ermənilər Gürcüstanda fəaliyyət göstərən “Mtavari Arçi” telekalının efirində təhqir edilib.
Teleqrf.com xəbər verir ki, “Post Factum” adlı proqramın aparıcısı Georgi Qabuniyanın yayımda səsləndirdiyi fikirlər Ermənistanda hiddətlə qarşılanıb.
Proqramda “Genlər koronavirusa qarşı” süjetində pandemiyanın millətlərə görə təsir səviyyəsindən danışan Qabuniya deyib:
“Elm adamları hələ yeni koronavirusun qurbanlarını seçməsinin prinsipini izah etməyiblər. Müəyyən bir insan orqanizminin virusa qarşı dayanıqlığının onun genetik kodundan asılı olacağı barədə şübhələr var. Bəzi gürcü alimləri hesab edirlər ki, biz, gürcülər, digər xalqlardan daha yaxşı olan genlərin sahibiyik və Covid-19-un öhdəsindən gəlmək bizim üçün daha asandır.
Süjetdən sonra bir sıra elm adamlarının fərziyyələrinə əsaslanaraq, Qabuniya istehza ilə erməni alimlərinin bu mövzuda söylədikləri ilə maraqlanacağını qeyd edib:
“Məni qonşularımızın (ermənilərin) hansı genetik qrupa aid olması çox maraqlandırır. Əminəm ki, onların DNT-si gürcülərdən daha güclü olacaq və peyvənd və hətta dərmana ehtiyac duymadan koronavirusu birbaşa məhv edəcəklər”.
Əlavə edək ki, ötən il Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr səsləndirməklə gündəmə gəlmişdi.