11 Aprel 2020 22:35
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus, toplumlara vurduğu ziyanla yanaşı, bu fürsətdən istifadə edib qazanan dələduzların işinə də yarayıb.

Teleqraf.com xəbər verir ki, belə dələduzların əməllərindən daha çox Avropada yaşayan insanlar ziyana düşüb.

Məlumata görə, Böyük Britaniyada dələduzlar koronavirusu fürsət bilib 1 milyon 860 min funt sterlinq qazanc əldə ediblər.

İngiltərə polisi ölkədə çoxlu sayda insan və qurumların internet üzərindən alış-veriş saytlarına sifarişlər verdiyi, pullar ödədiyi, amma istədikləri məhsulları əldə edə bilmədiklərini bildirib.

Məlum olub ki, internet üzərindən saxta alış-veriş, tibb mağazaları açan dələduzlar bu yolla bütövlükdə avropalı insanları soyublar.

Araşırma ortaya çıxarıb ki, Qərbi Afrikada olan bəzi dələduz şəbəkələr mart-aprel ayında internet üzərindən saxta mağazalar, apteklər və digər profilli alış-veriş obyektləri açıblar. Xəstəlik səbəbindən evlərindən bayıra çıxmayan minlərlə insan isə bu internet mağazalara çoxlu sayda sifarişlər edib. Dələduzlar əslində olmayan qoruyucu maska, dezinfeksiya vasitələri və digər tibbi ləvazimatları online sifaiş edənlərə “satmaq” barədə razılığa gəliblər.

İngiltərə polisi hesab edir ki, Avropada belə dələduzların toruna düşənlərin sayı həddən artıq çoxdur.


Müəllif: Cavad

Oxşar xəbərlər