Qazal adlı iranlı modelin İstanbuldakı lüks villasına polis tərəfindən basqın olub.
Teleqraf.com xəbər verir ki, Qaçaqmalçılığa qarşı Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində nəsli kəsilmək təhlükəsində olan aslan və piton ələ keçirilib.
Villadan tapılan aslan balası və piton Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin İstanbul regional şöbəsinə təhvil verilib.
Manekenlə yanaşı Məhəmməd və Kian adlı şəxslər də saxlanılsa da, ilkin ifadələri alınandan sonra sərbəst buraxılıb.