12 Aprel 2020 19:58
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 9 may - Qələbə Gününə qədər koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova “Rossiya-1” kanalına müsahibəsində deyib. O bildirib ki, hamı belə bir böyük bayram ərəfəsində məhdudiyyətlərin götürülməsini istərdi, lakin mayın 9-dək vəziyyətin tamamilə düzələcəyinə ümid azdır.

Baş Nazirin müavini vətəndaşların özünütəcrid rejiminə tam riayət edəcəyi təqdirdə Rusiyada məhdudiyyət tədbirlərinin yaya kimi aradan qaldırılacağını istisna etməyib: “Bu halda biz vəziyyətdən çıxa və yaya qədər bir-birimizin əlini sıxa biləcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər