13 Aprel 2020 01:55
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa xəstəxanalarında COVID-19 epidemiyasından ölənlərin sayı azalmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O, qeyd edib ki, son gün ərzində xəstəxanalarda koronavirusa yoluxanlar arasında 345 ölüm halı qeydə alınıb. Bu, 29 martdan qeydə alınan ən aşağı göstəricidir. Ən çox ölüm halı (605) bazar ertəsi qeydə alınıb.

Bu günədək Fransada COVID-19 epidemiyası nəticəsində xəstəxanalarda 9 253, qocalar evində 5 140 olmaqla, ümumilikdə 14 393 nəfər vəfat edib.

Son 24 saatda xəstəxanaların reanimasiya şöbələrinə 220 xəstə daxil olub, 255 xəstə isə tibb müəssisələrini tərk edib. Hazırda ölkədə reanimasiyalarda saxlanılan virus daşıyıcılarının ümumi sayı 6 845 nəfərdir.

Qeyd edək ki, Fransada bu günədək 95 403 nəfər koronavirusa yoluxub. Hazırda 31 826 nəfər koronavirus xəstəsi müalicə olunur.

Ölkədə virusdan sağalaraq evə buraxılanların sayı 27 186 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər