Ukraynada sutka ərzində 85 həkim koronavirus infeksiyası COVID-19-a yoluxub, bununla da ölkədə virusa yoluxmuş tibb işçilərinin sayı 530-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov məlumat verib.
Bununla yanaşı, o "Tibbi satınalma” dövlət müəssisəsi vasitəsilə həkimlərin müdafiə vasitələrinin alınması ilə bağlı probleminin həll olunduğunu söyləyib.
“Müəssisə rəhbərinə fərdi mühafizə vasitələri, ilk növbədə bioloji təhlükəsizlik kostyumları, respiratorların alınması tapşırığı verildi. O mənə məlumat verdi ki, bu həftənin sonunda təhvil veriləcək 90 min biogmüdafiə kostyumunun alınması üçün müqavilə imzalanacaq”, – deyə nazir bildirib.