15 Aprel 2020 23:28
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha 115 nəfər pandemiyanın qurbanı olub.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 518 nəfərə çatıb.

"Bu gün 34 090 test keçirilib, 4 281 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 69 392 nəfərdir. Bu gün daha 875 pasiyent sağaldı, sağalanların ümumi sayı 5 674 nəfərdir", - nazir deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər