20 Aprel 2020 09:55
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun vurduğu ziyana görə Çin Berlinə 149 milyard dollar ödəməlidir.

Teleqraf.com xəbər verir ki, ABŞ, Fransa və İngiltərədən sonra Almaniya da Çin hökumətinə qarşı maliyyə tələbi irəli sürüb.

“Bild” qəzeti koronavirusun alman dövlətinə vurduğu zərəri hesablayaraq bunun Pekin tərəfindən qarşılanmalı olduğunu bəyan edib.

Qəzetə görə, virus səbəbindən turizm 27 milyard, film institutu 7,2 milyard, hava yolları hər 1 saat üçün 1 bir milyon, kiçik sahibkarlıq isə 50 milyard avro itirib.

Nəşr pandemiyanın qlobal iqtisadiyyatda durğunluq yaratdığı səbəbindən Almaniya iqtisadiyyatının 4,2 faiz kiçiləcəyini, bunun isə hər bir almana 748 avroya başa gələcəyini qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər