21 Aprel 2020 09:01
3 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus dünyada hələ koronavirusla bağlı ən pis vəziyyətin keçib getmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, ÜST-ün Cenevrədəki mərkəzində videokonfransdan sonra brifinqdə danışan Tedros Adhanom Gebreyesus virusa qalib gəlməyin iki şərtini vurğulayıb.

Baş direktorun fikrincə, koronanın öhdəsindən qlobal müqavimət və beynəlxalq həmrəylik hesabına gəlmək olar: "Bu iki faktor olmasa, inanın mənə, ən pis vəziyyət hələ qabaqdadı. Faciəni önləyək. Bu, elə virusdu ki, çoxları hələ bunun fərqində deyil".


Müəllif: Mahir

Oxşar xəbərlər