Oğru marketə daxil olaraq əvvəlcə təmizlik işləri görən əməkdaşlara silah çəkib, sonra mağaza kassasına yaxınlaşaraq pulları tələb edib. Kassadakı şəxs etiraz etmədən pulları oğruya verib.
Teleqraf.com xəbər verir ki, hadisə Çexiyanın Polşa ilə sərhədində ki, Nove Mesto Psmrkem məntəqəsində baş verib.
Üzündə maska, əlində silah olan şəxs pulları çantasına doldurub. Bu zaman marketdə təmizlik işləri aparan şəxslər işlərini davam etdirib. Oğru pulları aldıqdan sonra rahat şəkildə marketdən çıxıb.