İtalyalı jurnalist və ictimai xadim Cülyetto Kieza 80 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə onun dostu, "Uşaqları xilas edək" xeyriyyə assosiasiyasının rəhbəri Ennio Bordato bildirib. O, Kezanın əməliyyat keçirdiyini, bundan sonra səhhətində ağırlaşmanın başladığını deyib. Bordato bunun koronavirusa görə ola biləcəyini istisna etməyin.
Onun sözlərinə görə, Kieza ölkədəki mövcud vəziyyətlə razılaşmayan və Rusiya ilə əlaqələr qurmaq üçün ciddi iş görən italyanlar üçün bir bələdçi idi.