Son sutka ərzində Rusiyada yeni növ koronavirusa 5841 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə federal operativ qərargahın stopcoronavirus.ru saytında məlumat yerləşdirilib.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 99 399 nəfərə yüksəlib.
Koronavirus infeksiyasının yeni yoluxma hallarının əksəriyyəti ənənəvi olaraq Moskvadadır – COVID-19 diaqnozu ötən gün 2220 nəfərdə, epidemiya başlayandan bəri 50 646 nəfərdə aşkarlanıb.
Rusiya paytaxtı üzrə operativ qərargahın məlumatına görə isə artıq 4 610 yoluxmuş şəhər sakini koronavirusdan sağalıb, onlardan 480-i ötən gün ərzində xəstəxanadan evə buraxılıb. 24 saat ərzində koronavirus xəstəsi olan 67 xəstə ölüb – bu, Moskva üçün rekord göstəricidir. Ümumilikdə 546 paytaxt sakini koronavirusdan dünyasını dəyişib.