Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Senatın (parlamentin) sədri Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin imzaladığı sərəncamda bildirilib.
“Dövlət başçısının fərmanı ilə Qazaxıstan Respublikası parlamentinin deputatı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilib”, - sərəncamda deyilir.
Nazarbayeva 2019-cu ilin martında dövlət başçısı vəzifəsindən istefa edən Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. 2016-cı ilin sentyabr ayından senatın deputatıdır və 2019-cu ilin martında parlamentin yuxarı palatasının sədri seçilib.