ABŞ prezidenti Donald Trampın köməkçilərindən biri koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN Ağ evdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, köməkçinin virusla yoluxması Trampla bağlı narahatlıqları artırıb.
Ağ evin sözçüsü Hogan Gidley yazılı açıqlamasında məlumatı təsdiqləyib. Qeyd edib ki, analizin cavabından dərhal sonra Tramp və köməkçisi Mayk Pensin qanları test edilib və cavablar "neqativ" olub.