13 May 2020 19:24
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada koronavirusa yoluxan 28 yaşlı peşəkar sumo güləşçisi Şobuşi (əsil adı Kiyotaka Suetake) mayın 13-də səhər saatlarında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Şobuşi virus sətəlcəmindən ölən ilk sumo güləşçisidir. O, eyni zamanda, 20 yaşlarında virusdan ölən ilk yapon hesab olunur

Yamanaşi prefekturasının sakini olan Şobuşi aprelin 10-da keçirilən test zamanı virusa müsbət reaksiya verib. Yaponiya Sumo Assosiasiyasının məlumatına görə, onun vəziyyəti aprelin 19-da ağırlaşıb və onu Tokio xəstəxanasının intensiv terapiya şöbəsinə yerləşdiriblər. Şobuşinin 2007-ci ildə sumo güləşi üzrə peşəkar yarışlara qatıldığı qeyd edilir.

Bundan əlavə, daha iki sumo güləşçisinin - Takadaqava və Hakuyozanın da virusa müsbət reaksiya verdikləri, lakin onların sağalaraq xəstəxananı artıq tərk etdikləri bildirilir.

Xatırladaq ki, Yaponiyada mayın 24-dən iyunun 7-dək keçirilməsi planlaşdırılan Böyük Sumo turniri virusun yayılması təhlükəsi ilə əlaqədar təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər