2019-cu ildə ABŞ-da Çinin xeyrinə casusluqda ittiham olunan 50 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Uilyam İvanin bəyan edib.
“Keçən il həm dövlət, həm də özəl sektor üçün əks-kəşfiyyat təhdidləri baxımından ağır hadisələr yaşadıq. Federal Təhqiqat Bürosu (FTB) Çinin Dövlət Təhlükəsizlik Nazirliyi, Xalq Qurtuluş Ordusu və Kommunist Partiyasına dəstək verən 50 şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Çin Kommunist Partiyası Amerikanın gizli məlumatlarını əldə etmək üçün bütün vasitələrdən istifadə edir, dayanmır” - deyə, o bildirib.