Türkiyə hərbi sənayesinin önəmli hissəsi olan Pilotsuz Uçuş Aparatları (PUA) dünyanın müxtəlif ölkələrində müzakirə mövzusudur. Xüsusulə, “Sülh çeşməsi” əməliyyatında və Liviyadakı savaşda böyük uğura imza atan PUA-lar beynəlxalq ekspetlər tərəfindən anoloqu olmayan silah kimi qiymətəndirilir.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın öndə gələn beynəlxalq əlaqələr dərgisi “The National Interest”in nəşr etdiyi məqalədə türk PUA-ları və İsrail mövzusuna diqqət çəkilir.
Məqalədə “İsraili unudun, Türkiyə Yaxın Şərqin ən böyük PUA gücü olmaq istəyir” ifadəsi vurğulanır və xüsusilə PUA-ların Suriyada göstərdiyi uğurlar xatırladılır. Qeyd edilir ki, türk dronları Suriyada Rusiya istehsalı olan bir çox hava müdafiə sistemini zərərsizləşdirib.
Məqalədə Türkiyə istehsalı olan dronlarla ABŞ istehsalı dronlar arasında da müqayisə də aparılır.