18 May 2020 11:25
3 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti ölkə idmançılarının israilli rəqibləri ilə müxtəlif idman yarışları çərçivəsində görüşə çıxmasını qadağan edən qanun layihəsini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Hüseyn Nəqəvi sözügedən bəndin İdman Nazirliyinin təklifi ilə mətndən çıxarıldığını deyib.

O, eyni zamanda, “İsrailin İranın düşməni” adlandırıldığı qanun layihəsinin təmsil etdiyi komissiya tərəfindən qəbul edildiyini bəyan edib.

İran mediası isə iclasın gedişi zamanı sözügedən layihənin qəbul edildiyini yazsa da, xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədri Müctəba Zonnur açıqlama verərək, bunu təkzib edib.

Əlavə edək ki, təklif olunan layihədə nəzərdə tutulmuş maddə istər rəsmi, istərsə də yoldaşlıq görüşləri çərçivəsində həm iranlı idmançıların, həm də komandaların öz israilli rəqibləri ilə yarışını qadağan edirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər