Ermənistan ordusunun əsgəri Enrik Aramyan başından aldığı güllə yarası nəticəsində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Hadisə mayın 19-da saat 20:30 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində baş verib.
İstintaq Komitəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü (adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.