21 May 2020 14:18
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda xarici mafiyaya qarşı əməliyyat keçirilib, 7 əcnəbi saxlanılıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, saxlanılanlar arasında “Torbaçı” adı verilən 3 İran vətəndaşı da var.

Polis, əməliyyatı Fatih qəsəbəsinin Mövlanqapı, Nişanca və Topqapı məhəllələrində keçirib. Məlumatda qeyd edilir ki, əməliyyat zamanı narkotik ticarəti həyata keçirən Suriya, İran və Özbəkistan vətəndaşlarından ibarət olan mafiya şəbəkəsinin üzvləri saxlanılıb.

Əməliyyat zamanı 3 İran, 3 Özbəkistan və 1 Suriya vətəndaşı ələ keçirilib.

Şübhəlilərin qaldıqları yerlərdə narkotik maddələr, tüfəng və tapança götürülüb.


Müəllif: Cavad