21 May 2020 20:33
9 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın patrul xidməti polisinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri, polkovnik Sergey Qubanov Ukraynanın Luqansk vilayətində tapşırıq icra edərkən həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Mayın 20-də Luqanşinedə tabor komandiri Sergey Qubanov həlak olub”, – deyə məlumatda bildirilib.
Qeyd edilir ki, tapşırığın icrası zamanı S.Qubanov və taborun 3 döyüşçüsü ağır qəlpə yaraları alıb. Hərbi hospitalın həkimləri onlara tibbi yardım göstərib. Onlardan yalnız S.Qubanovun həyatını xilas etmək mümkün olmayıb.

“Hər şey dünən, mayın 20-də saat 21:30 radələrində Novoaydar rayonu, Tryoxizbenka kəndi yaxınlığında baş verib”, – deyə məlumatda bildirilib.

Hazırda hadisənin başvermə şəraiti öyrənilir.

Qeyd edək ki, Sergey Qubanov hələ 2014-cü ildə – Donbasda müharibənin lap başlanğıcında qondarma “Luqansk Xalq Respublikası”nın ərazisini tərk edərək Ukraynaya xidmət etmək və ukraynalıları qorumaq yolunu seçmişdi. Onu da bildirək ki, may ayının ortalarında, Donbasda planlı təlimlər zamanı iki Ukrayna əsgərinin öldüyü açıqlanmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər