Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, fəal Təbrizin Apelyasiya Məhkəməsində “İranın siyasi sisteminin əleyhinə təbliğat” ittihamı ilə həbs cəzasına məhkum olunub.
Azərbaycanlı fəal daha öncə İran İnqilab Məhkəməsi tərəfindən 10 ay həbs cəzasına məhkum edilmişdi.
Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalaşmaya qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi, İranın təhlükəsizlik orqanları tərəfindən qanunsuz olaraq saxlanmışdı.
Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan haqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, İran kəşfiyyatı tərəfindən qanunsuz olaraq təqib olunur, təzyiqlərinə məruz qalır.
Ruzbeh Piri hazırda hüquq ixtisası üzrə təhsil alır.