23 May 2020 08:44
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi Çinin 33 təşkilatını "qara siyahı"ya əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin press-relizində deyilir.

Bildirilir ki, 24 hökumət və kommersiya təşkilatı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyətə görə "qara siyahı"ya əlavə edilir.

Qeyd edilir ki, daha 7 təşkilat "Sintszyan-Uyğur Muxtar Rayonunda insan hüquqlarının pozulması ilə əlaqələri olduğuna görə" "qara siyahı"ya daxil ediliblər.

Digər 2 təşkilatın "qara siyahı"ya əlavə edilməsinin səbəbi barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər