3 Oktyabr 2014 11:11
2 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalındakı Kobani bölgəsində PKK terror qruplaşmasının suriyalı qolu olan Xalq Müdafiə Birlikləri (YPG) ilə “İraq-Şam İslam Dövləti” (İŞİD) təşkilatı arasında toqquşmalar davam edir.

Teleqraf.com gazetevatan.com-a istinadən xəbər verir ki, 17 gün davam edən münaqişənin ardından İŞİD-in PKK-nın 3 qadın üzvünün öldürməsi böyük hiddətə səbəb olub.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyada İŞİD-ə qarşı keçirdiyi hava hücumlarına baxmayaraq, təşkilat Suriyanın Kürd bölgəsindəki Kobaniyə doğru hərəkətini davam etdirir. Yayılan məlumatlara görə, İŞİD qadınlarının kəsilmiş başlarını dəmir çubuqlara keçirərək şəhərin mərkəzi meydanında asıblar.

İngiltərədə yerləşən Suriya İnsan Haqları təşkilatı İŞİD-in Kobaniyə üç fərqli cəbhədən hücum etdiyini, kürdlərlə militanlar arasındakı qarşıdurmaların cümə günü daha da şiddətləndiyini bildirib.

YPG qüvvələri təşkilatın şəhər mərkəzinə girdiyi təqdirdə küçə toqquşmalarına hazır olduqlarını açıqlayıb.

Samir


Müəllif: