ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin və Rusiya onun prezident seçkilərində qalib gəlməsini istəmir.
Teleqraf.com xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Putinin ona münasibətinin yaxşı olduğunu bildirib.
“Rusiyanın başına gələn ən pis şey mənəm və Putin bunu başa düşür. Putinlə münasibətim yaxşıdır, amma bəlkə də seçkilərdə qalib gəlməyimi istəmir. Ancaq düşünürəm ki, Putin mənə yaxşı münasibət göstərir”, - Tramp jurnalistlərə deyib.
“Cin həmçinin yenidən prezident seçilməyimi istəmir”, - ABŞ lideri əlavə edib.