24 May 2020 21:08
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ərzində ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı yenidən 100-ü ötərək 109 nəfər təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında deyib.

Əvvəllər Nyu-Yorkda digər ştatlarla müqayisədə koronavirusla bağlı vəziyyət daha pis idi. Ştatda bir gün ərzində 700-dən çox insan ölür, xəstəxanalara 3 000-dən çox insan yerləşdirilirdi.

Qubernatorun sözlərinə görə, xəstəxanalara cümə günü 200-dən bir qədər çox pasiyent çatdırılıb.

"Ölümlərin sayı yenidən sırçradı, bu, dəhşətli xəbərlərdir. Amma bütovlükdə tendensiya hələ müsbətdir. Biz yaxınlarını itirən 109 ailə ilə bağlı dua edirik", - Kuomo deyib.

Ştatda koronavirusdan ümumilikdə 23 282 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər